Futbol üzrə Topaz Premyer Liqasında XII turun hakim təyinatları açıqlanıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, son illərin ən prinsipial rəqibləri “Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyun baş hakim qismində ilk dəfə Orxan Məmmədova tapşırılıb.
Ona Elman Musayev və Vaqif Musayev yan xətt, Ömər Paşayev 4-cü hakim, Əliyar Ağayev və Ramil Diniyev əlavə köməkçi hakim qismində yardımçı olacaqlar.
AFFA Hakimlər Komitəsi “Bakı” – “Simurq” və “Qarabağ” – “Qəbələ” matçlarında da 6 “ədalət təmsilçisi”nin xidmətinə ehtiyac duyub. Qalan 2 oyunun baş hakimləri isə keçmiş FİFA referiləri Vüsal Əliyevlə Fariz Yusifov olacaq.
1 noyabr (cümə)
15:00. “Bakı” – “Simurq” (Zaqatala)
Hakimlər: Diniyev Ramil, Abbasov Yaşar, Əliyev İsgəndər, Nəsirov Ziya
Əlavə köməkçi hakimlər: Əliyev Vüsal, Məmmədov Orxan
“Bakı” klubunun təlim-məşq bazasının stadionu
2 noyabr (şənbə)
19:00. “Neftçi” (Bakı) – “Xəzər Lənkəran”
Hakimlər: Məmmədov Orxan, Musayev Elman, Vaqif Musayev, Paşayev Ömər
Əlavə köməkçi hakimlər: Ağayev Əliyar, Diniyev Ramil
“Bakcell Arena”
19:00. “İnter” (Bakı) – “Rəvan” (Bakı)
Hakimlər: Əliyev Vüsal, Əmiraslanov Knyaz, Yusifov Cavanşir, Əhmədov Tahir
Bakı, “Şəfa” stadionu
3 noyabr (bazar)
15:00. “Sumqayıt” – AZAL (Bakı)
Hakimlər: Yusifov Fariz, Haşımov Mübariz, Əsgərov Azər, Məmmədov Fərid
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni meydan
17:00. “Qarabağ” (Ağdam) – “Qəbələ”
Hakimlər: Ağayev Əliyar, Zeynalov Zeynal, Mehman Mahmudov, Məhərrəmov Ramiz
Əlavə köməkçi hakimlər: Əsgərov Elvin, Əhmədov Ramil
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.