“Fənərbağça”nın keçmiş ulduzu “Malaqa”da
05 yanvar 2013 16:01 (UTC +04:00)

“Fənərbağça”nın keçmiş ulduzu “Malaqa”da

 

Lent.az-ın htspor-a istinadən verdiyi məlumata görə, uruqvaylı futbolçu bundan sonra İspaniyada, “Malaqa”nın formasını geyinəcək. Müdafiəçi bir müddət ispan klubunda icarə əsasında çıxış edəcək. Əgər yeni komandası onun oyunundan razı qalsa 1,5 milyon avro ödəməklə futbolçunun transfer hüququna tam sahib olacaq.

 

Qeyd edək ki, Dieqo Luqano Uruqvayın futbol yığmasının kapitanıdır. O xeyli müddət İstanbulun “Fənərbağça” klubunda çıxış edib və komandanın əfsanəvi oyunçularından birinə çevrilib. 2011-ci ildəki məlum oyun alqı-satqısı olayından sora isə təcrübəli futbolçu 3 milyon avro qarşılığında PSJ-yə keçmişdi.

# 986
avatar

Oxşar yazılar