“Barselona”nı bir komandalıq futbolçu tərk edir - SİYAHI
15 may 2013 11:49 (UTC +04:00)

“Barselona”nı bir komandalıq futbolçu tərk edir - SİYAHI

İspaniyanın “Barselona” klubunu tərk edəcək futbolçular müəyyənləşib. Lent.az-ın “Sport.es”ə istinadən verdiyi məlumata görə, klubun idman direktoru Andoni Subisarettanın hazırladığı siyahıya 10 futbolçu düşüb.

 

Məşqçilər heyəti müdafiəçi Erik Abidal, Adriano, Mark Munyes, Andreu Fontas, yarımmüdafiəçi Conatan Dos Santos, Serxi Roberto, İbrahim Afellay, habelə hücumçu Boyan Krkiç, İsaak Kuenka və David Vilya ilə müqaviləni uzatmağı perspektivsiz sayıb.

 

Qapıçı Viktor Valdes isə klubla 2013-2014-cü il mövsümünün sonunadək olan müqaviləni yeniləməkdən imtina edib. “Barselona” rəhbərliyi 31 yaşlı qolkiperi havayı buraxmamaq üçün indidən satmağa qərar verib. Bu mövsüm 47 oyuna 55 qol buraxan Valdesə 10 – 15 milyon avro qiymət qoyulub.

# 1549
avatar

Oxşar yazılar