“Bakı” “Atletiko” ilə oyunda qadağalar və süni əngəllərlə üzləşib
01 may 2013 14:52 (UTC +04:00)

“Bakı” “Atletiko” ilə oyunda qadağalar və süni əngəllərlə üzləşib

“Bakı” futbol komandası İspaniya “Atletiko”su ilə aprelin 30-da keçirdiyi yoldaşlıq görüşü ərəfəsində müxtəlif qadağalar və süni əngəllərlə üzləşib. Lent.az-ın məlumatına görə, bu barədə “Bakı”nın rəsmi saytında “Atletiko” ilə oyuna dair yazıda bildirilir. 

 

Yazıda bildirilir: “Aprelin 30-da keçirilmiş oyun “Bakı”nın və Azərbaycan futbolunun yaxın gələcəyinin təqdimatı idi. Təəssüflər hissi ilə qeyd etmək lazımdır ki, anlaşılması çətin olan səbəblərdən digər klubların üzvləri bu qarşılaşmada forma geymədilər. Milli komandamızın baş məşqçisi oyunçuların bu futbol bayramında iştirakına qarşı çıxdı. Berti Foqts millinin üzvlərinə meydana çıxmağa icazə vermədiyi halda özü stadiona təşrif buyurmuşdu və qarşılaşmanı “skybox”dan izlədi”.

 

“Bakı” klubu ümid edir ki, oyunun bayram atmosferində keçməsi, nəticənin mahiyyət daşımadığını, qarşılaşmanın dostluq və əməkdaşlıq siqnallarının daşıyıcısı olması, Azərbaycan və Avropa xalqları arasında ünsiyyət və əlaqələri möhkəmlənməsini nəzərə alan cənab Hubert gələcəkdə "Bakı" futbol klubunun bu təşəbbüsünü dəstəkləyəcək.

 

Qeyd edək ki, oyun “Atletiko”nun qələbəsi ilə yekunlaşıb – 3:0.

# 914
avatar

Oxşar yazılar