"Roma"nın oyunçusunun ürəyi tutdu , oyun yarımçıq dayandırıldı
14 aprel 2024 23:13 (UTC +04:00)

"Roma"nın oyunçusunun ürəyi tutdu, oyun yarımçıq dayandırıldı

İtaliya A Seriyasının 32-ci turunda keçirilən "Udineze" - "Roma" oyununda təhlükəli vəziyyət yaşanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, matçın 72-ci dəqiqəsində "Roma"nın futbolçusu Evan N'Dika ürək tutması keçirib.

Halı pisləşən 24 yaşlı oyunçuya ilk tibbi müdaxilə edilib.

Bu səbəbdən oyunun baş hakimi matçı yarımçıq dayandırıb.

Hadisə baş verən dəqiqəyə qədər görüşdə hesab 1:1 olub

# 2151
avatar

Oxşar yazılar