Qətərdən STADİON HƏDİYYƏSİ:  Sökülüb Tunisdə tikiləcək
05 dekabr 2022 13:40 (UTC +04:00)

Qətərdən STADİON HƏDİYYƏSİ: Sökülüb Tunisdə tikiləcək

İlk dəfə qışda və Yaxın Şərqdə keçirilən futbol üzrə dünya çempionatı bütün sürəti ilə davam edir. Nəfəs kəsən yarışların keçirildiyi dünya çempionatında maraqlı stadion qərarı verilib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu nəhəng turnirin sonunda Qətərdəki “974 stadionu” sökülərək hədiyyə olunacaq.

Əhməd bin Əli stadionunun sökülməsindən sonra yenidən qurulan və eyniadlı stadionda qrup mərhələsinin 6 oyunu baş tutub və 1/8 finalın oyunları keçiriləcək. Qeyd olunub ki, Əhməd bin Əli stadionu ən müasir binadır və səhrada çadır formasında tikilib. Əhməd bin Əli adına stadionun 40 min azarkeş üçün nəzərdə tutulub.

Qətərin paytaxtı Dohada yerləşən “974 stadionu”n açılışı noyabrın 30-da olub. Əvvəlcə Ras Abu Aboud stadionu kimi tanınan “974 stadionu”nun turnirdən sonra Tunisə hədiyyə edilməsinə qərar verilib. Stadion dünya çempionatından sonra sökülərək Tunisin Safakes şəhərində tikiləcək.
 
 
 
 

# 2682
avatar

Oxşar yazılar