Qətər ikinci oyunda da  uduzdu
25 noyabr 2022 19:04 (UTC +04:00)

Qətər ikinci oyunda da uduzdu

Seneqal və Qətər milli komandaları arasında 2022-ci il dünya çempionatının qrup mərhələsinin 2-ci turunun oyunu keçirilib.

Lent.az xəbər verir ki, A qrupundakı komandaların oyunu Dohadakı “El Tumama” stadionunda baş tutub.

Görüşün ilk hissəsində bir qol vurulub. Seneqal yığmasının heyətində 41-ci dəqiqədə hücumçu Boulaye Dia fərqlənib.

İkinci hissədə qapılara daha 3 qol vurulub. Seneqal millisi 48-ci dəqiqədə ikinci dəfə fərqlənib. Dünya çempionatına ev sahibliyi edən Qətər millisi 78-ci dəqiqədə hesab arasındakı fərqi birə endirib. 

Seneqal millisi 84-cü dəqiqədə vurduğu daha bir qolla meydan sahiblərini 3:1 hesabı ilə məğlub edib. 

Noyabrın 20-də Qətər millisi dünya çempionatının açılış oyununda Ekvador komandasına uduzub. Görüş 0:2 hesabı ilə başa çatıb.

Qətər dünya çempionatının ilk oyununda məğlub olan turnir tarixində ilk ev sahibi ölkə olub.

Seneqal millisi isə ilk oyunda Hollandiyaya 2:0 hesabı ilə uduzub.

# 1299
avatar

Oxşar yazılar