Ukrayna Birinci Liqasının çempionluq qrupunun səkkizinci turunda "Bukovyna" "YUKSA"nı 2:0 hesabı ilə məğlub edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu görüş bir qeyri-adi hadisə ilə yadda qalıb - ehtiyat qapıçı oyunun sonunda sağ cinah müdafiəçisini əvəzləyib.
Oyunun 85-ci dəqiqəsində “YUKSA”nın ehtiyat qapıçısı Nikita Fedotov zədəli Nikita Kononovu əvəzləmək məcburiyyətində qalıb. Oyunun gedişində 24 yaşlı qapıçı 5 dəqiqədən çox meydanda olub.
Qeyd edək ki, Kononov məşq zamanı tez-tez meydan oyunçusu kimi çıxış edib. Lakin o, heç vaxt rəsmi oyunlarda belə mövqedə çıxış etməyib.
Fedotov mövsümü 21 oyunla 25 qol buraxaraq başa vurub.