Fransa çempionu PSJ Gürcüstan millisinin və İtaliyanın "Napoli" klubunun hücumçusu Xviça Kvaratsxeliya ilə maraqlanmaqda davam edir.
Lent.az “Corriere dello Sport”a istinadla xəbər verir ki, Paris klubu 23 yaşlı futbolçu üçün 200 milyon avro ödəməyə hazırdır.
"Napoli" Kvaratsxeliya ilə müqaviləni uzatmaq istəyir, lakin gürcü futbolçu klubu dəyişmək niyyətindədir.
Hücumçunun hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
“Transfermarkt” Kvaratsxeliyanın transfer dəyərini 80 milyon avro qiymətləndirir.