Premyer Liqada YENİLİK:  futbolçular əvəzləndikdən dərhal sonra müsahibələr  verəcək
30 iyun 2025 09:39 (UTC +04:00)

Premyer Liqada YENİLİK: futbolçular əvəzləndikdən dərhal sonra müsahibələr verəcək

TelegraphFootball İngiltərə futbolunda böyük dəyişikliklərdən yazır. Daha dəqiq desək, Premyer Liqada. 

Lent.az bildirir ki, nəşrin məlumatına görə, jurnalistlər əvəzlənən futbolçulardan müsahibə götürə biləcəklər. Birbaşa meydanın kənarında.

Ehtimal ki, Sky Sports və TNT Sports kimi canlı yayımçıların oyunçularla əlaqə saxlamaq üçün eksklüziv çıxışı olacaq.

Amma bütün bunlar bir qədər ikinci plandadır, çünki maraqlı ideya oyunun ruhundan narahat olan azarkeşlər tərəfindən ciddi mənfi reaksiyaya səbəb olub..

* "Futbol getdikcə daha çox şouya çevrilir". 

* "Bu axmaq səslənir". 

* "Lənətə gəlsin marketoloqlar. Bu pisliyi götürün".

* "Futbol çoxdan ölüb". 

* "Gəlin futbolu ABŞ-a köçürək."

* Yaxşı fikirdir?
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392

Oxşar yazılar