"Porto" ilə oyunu  buraxacaq
27 noyabr 2023 18:27 (UTC +04:00)

"Porto" ilə oyunu buraxacaq

“Barselona”da qapıçı kimi çıxış edən almaniyalı futbolçu Mark-Andre ter Ştegen Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Portu” ilə oyununda iştirak edə bilməyəcək.

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə bu gün sosial şəbəkələrdə məlumat yayılıb. Mənbənin sözlərinə görə, alman qolkiper hələ də bel ağrılarından əziyyət çəkir. Bu səbəbdən o, La Liqanın "Rayo Valyekano" ilə əvvəlki oyununu (1:1) və Kataloniya klubunun bugünkü məşqini buraxıb.

Xatırladaq ki, “Barselona” ilə “Porto”nun görüşü noyabrın 28-də Bakı vaxtı ilə saat 24:00-a təyin edilib. Hər iki komanda doqquz xalla turnir cədvəlinin ilk sıralarını bölüşür. Hazırda dörd komandadan heç biri turnirin 1/8 finalına vəsiqəni təmin etməyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3351
avatar

Oxşar yazılar