Poçettino "Çelsi"nin ən yaxşı oyunçusunun  adını çəkdi
02 aprel 2024 10:08 (UTC +04:00)

Poçettino "Çelsi"nin ən yaxşı oyunçusunun adını çəkdi

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino London komandasının ən yaxşı futbolçusunun adını çəkib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Poçettino ən yaxşı oyunçunun Palmer olduğunu deyib:

“Palmer “Çelsi”nin ən yaxşı oyunçusudur. Bu aydındır. O, hamı üçün nümunədir. Görürsünüz ki, komanda əziyyət çəkəndə oyunçular ən çox Palmerə ötürmə edirlər”.

Palmer “Mançester Siti”nin yetirməsidir. Yarımmüdafiəçi ötən ilin yay transfer pəncərəsinin son günündə 47 milyon avroya “Çelsi"yə keçib. Bu mövsüm yarımmüdafiəçi londonluların heyətində bütün turnirlərdə 38 oyun keçirib, 18 qol vurub və 12 məhsuldar ötürmə edib. Futbolçunun London klubu ilə müqaviləsi 2030-cu ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə oyunçunun təxmini dəyəri 55 milyon avrodur.

# 1851
avatar

Oxşar yazılar