Neymar
11 mart 2022 19:11 (UTC +04:00)

Neymar

Neymar PSJ-dən gedə bilər: SƏBƏB

Fransanın "Paris Sen-Jermen" klubu hücumçusu Neymarı satmağı düşünür. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu yay transfer pəncərəsində klubu tərk edə bilər. 

Mənbənin məlumatına görə, PSJ-nin sahibi, Qətər əmiri Təmim bin Həməd Əl Tani son matçlarda özünü göstərməyən 30 yaşlı Neymarın oyunundan narazı qalıb. Həmçinin, bildirilib ki, ayrılma səbəbi futbolçunun agenti olan atası ilə klubun münasibətlərinin pis olması ola bilər.

Qeyd edək ki, PSJ Çempionlar Liqasından kənarda qalıb. Klub Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Real Madrid”ə 1:3 hesabı ilə uduzub. 

Xatırladaq Neymar 2017-ci ilin yayından PSJ-də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Futbolçunun dəyəri 90 milyon avro olaraq qiymətləndirilir.

Hücumçu bu mövsüm Parisdə 19 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1725

Oxşar yazılar