Neymar "Əl-Hilal"dan getdi
28 yanvar 2025 08:03 (UTC +04:00)

Neymar "Əl-Hilal"dan getdi

Braziliya millisinin üzvü Neymar Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasından ayrılıb.

Lent.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Otuz iki yaşlı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. "Sambaçı"nın sabiq komandası "Santos"a (Braziliya) geri dönəcəyi gözlənilir.

Qeyd edək ki, 2023-ci yayında "Əl-Hilal"a transfer olunan hücumçu zədə səbəbindən ümumilikdə 7 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1427

Oxşar yazılar