Millimizin FİFA reytinqindəki yeri məlum oldu
08 iyun 2022 02:13 (UTC +04:00)

Millimizin FİFA reytinqindəki yeri məlum oldu

Azərbaycan millisinin FİFA reytinqindəki qazancı bəlli olub.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, yığmamız əmsalına 1,7 xal əlavə edib.

Bu qazanc Millətlər Liqasının II turunun Belarusla səfər oyununda əldə olunub. Serbiyadakı 0:0 hesablı heç-heçə Canni de Byazinin yetirmələrinin aktivini artırması ilə nəticələnib. Buna səbəb rəqibin daha yüksək reytinqli komanda olmasıdır.

Bununla da yığmanın onlayn FİFA sıralamasındakı reytinq xalı 1121,34-ə yüksəlib. Komandamız hazırda bu siyahıda dünyanın 130-cusudur.

Millimiz üç ay əvvəl açıqlanan rəsmi FİFA reytinqində 1127 xalla 129-cu idi. Qazaxıstana 0:2 hesablı məğlubiyyətdən sonra 7,4 xal itirən komandamız Tanzaniyadan geri düşüb. Belarusla oyundakı qazanc mövqeyi qaytarmaq baxımından faydasız olub.

Qeyd edək ki, yığmamız iyunun 10-da Slovakiya, 13-də Belarusu qəbul edəcək.

# 1743
avatar

Oxşar yazılar