Messi növbəti dünya çempionatında  oynayacaq? - Özü AÇIQLADI
08 iyun 2024 13:30 (UTC +04:00)

Messi növbəti dünya çempionatında oynayacaq? - Özü AÇIQLADI

Lionel Messi hələ 2026-cı ildə növbəti dünya çempionatında oynayacağına əmin deyil.
 
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, əfsanəvi argentinalı futbolçunun sözlərinə görə, onun düşünmək və qərarını vermək üçün hələ çox vaxtı var.
“İnter Mayami”nin forvardı üçün əsas sual onun 2026-cı ildəki funksional vəziyyətidir:
 
“Bu, özümü necə hiss edəcəyimdən, fiziki olaraq necə hiss edəcəyimdən və özümü qiymətləndirməyimdə nə qədər realist olacağımdan asılıdır.

Qarşıda hələ çox vaxt var... Amma bu da kifayət deyil. Çünki zaman sürətlə axır. O an hansı vəziyyətdə olacağam, bilmirəm. Yaş, sadəcə bir rəqəm olsa belə, göz ardı edilə bilməyən reallıqdır. İndi oynadığım oyunlar Avropada üç gündən bir rəqiblərlə oynadığım oyunlardan fərqlidir. İstər Çempionlar Liqasında, istər çempionatda, istər Fransada, istərsə də İspaniyada.
 
Bununla belə, bu, özümü necə hiss etməyimdən və nə hiss etməyimdən, komanda yoldaşlarımın yanında olmağımdan və özümə baxmağımdan asılıdır. Baxaq!”.

Xatırladaq ki, 2026-cı ildə futbol üzrə dünya çempionatı Meksika, ABŞ və Kanadada keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2550
avatar

Oxşar yazılar