“Mançester Siti” onunla  müqaviləni uzadacaq
23 fevral 2024 16:05 (UTC +04:00)

“Mançester Siti” onunla müqaviləni uzadacaq

"Mançester Siti" tezliklə norveçli futbolçu Oskar Bobbla yeni müqavilə imzalayacaq.

Norveçlinin "Siti" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. 

Lent.az bildirir ki, “Daily Mail”in jurnalisti Cek Qauqanın məlumatına görə, hər iki tərəf yeni uzunmüddətli müqavilə imzalamağa hazırdır.

Jurnalist onu da qeyd edib ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Bobbun məşqdəki çıxışından heyran olub, ona görə də o, “şəhərlilər”ın “Brentford”la qarşılaşdığı Premyer Liqa oyununda norveçlinin ilk dəfə start heyətində meydana çıxmasına imkan verib. 

Norveçli vinger “Mançester Siti”nin heyətində 18 oyun keçirib, 2 qol vurub və bir məhsuldar ötürmə edib. Bobb iki il “Siti”nin 23 yaşadək futbolçulardan ibarət komandasında oynayıb, bundan sonra klubun idman direktoru Çiki Beqiristayn Qvardiolaya futbolçunu əsas komandaya transfer etməyi məsləhət görüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4533
avatar

Oxşar yazılar