“Mançester Siti” Edersona əvəzedici tapdı
10 mart 2025 18:52 (UTC +04:00)

“Mançester Siti” Edersona əvəzedici tapdı

"Mançester Siti" İspaniyada Ederson üçün potensial əvəzedici tapıb.

Lent.az bildirir ki, "Estadio Deportivo"nun məlumatına görə, mankunianlılar "Espanyol"dan Xoan Qarsiya ilə maraqlanır. 

Xoan Qarsiya

Transfer məbləği 25 milyon avro ola bilər, çünki bu bənd oyunçunun müqaviləsində yer alıb.

Futbolçu ilə "Mançester Siti"dən başqa, ötən yaydan Qarsiyaya göz dikən "Bayer" və "Arsenal" da maraqlanır.

Bu mövsüm Joan 25 oyun keçirib, 36 qol buraxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346

Oxşar yazılar