"Liverpul" yayda Salahı satsa,  onu almağa   cəhd edəcək
30 noyabr 2023 18:49 (UTC +04:00)

"Liverpul" yayda Salahı satsa, onu almağa cəhd edəcək

"Liverpul" PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etməkdə maraqlıdır.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, gələn yay Məhəmməd Salahı satsalar, klub 24 yaşlı fransız üçün yarışa bilər. Daha əvvəl 31 yaşlı misirlinin xidmətində Səudiyyə Ərəbistanı klublarının maraqlı olduğu bildirilirdi.

Mbappenin PSJ ilə müqaviləsi bu mövsümün sonunda başa çatacaq. Bu mövsüm o, parislilərin heyətində bütün turnirlərdə 17 oyun keçirib, 17 qol vurub və iki məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 180 milyon avro qiymətləndirir.

Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. Onun mersisaydlılarla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. O, bu mövsüm "Liverpul"un heyətində 18 oyunda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.


 

# 1227
avatar

Oxşar yazılar