“Legiya” Mahir Emreli ilə bağlı bəyanat yaydı
13 yanvar 2022 03:43 (UTC +04:00)

“Legiya” Mahir Emreli ilə bağlı bəyanat yaydı


“Legiya” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı bəyanat yayıb.

Lent.az-ın Apasport.az-a istinadla  məlumatına görə, Varşava təmsilçisi 25 yaşlı forvardın müqavilə ilə onlara məxsus olduğunu vurğulayıb.

Polşalılar Emreli ilə razılığa gəlmək üçün çox cəhd etdiklərini bildiriblər: “Klub dəfələrlə futbolçunu komandaya qayıtmağa və müqavilə öhdəliklərini yenidən yerinə yetirməyə çağırıb, ona lazım olan bütün dəstəyi təklif edib. Emreli ilə daim razılığa gəlməyə çalışır, futbolçu və onun nümayəndələri ilə danışıqlar aparırıq. Eyni zamanda məxfiliyi və danışıqların yaxşı tərəfini nəzərə alaraq, onun məzmunu və nəticələrini açıqlamayacağıq”.

Bəyanatda Mahirin vəkili Anıl Dinçer də yalan iddialar səsləndirməkdə günahlandırılıb: “Oyunçunun nümayəndəsi Anıl Dinçerin heç bir faktiki və hüquqi əsası olmayan bir sıra yalan iradlar və ifadələr ehtiva edən açıqlamalarına açıq şəkildə cavab verməyəcəyik”.

Qeyd edək ki, “Legiya”nın təlim-məşq toplanışına yollanmayan Mahir Emreli 2024-cü ilin yayına qədər olan müqaviləsinə xitam verilməsi üçün kluba məktub göndərib.

# 2064
avatar

Oxşar yazılar