Beynəlxalq Futbol Assosiasiyaları Şurası 11 metrlik cərimə zərbəsi ilə bağlı futbol qaydalarına dəyişiklik edib.
Lent.az xəbər verir ki, yeni mövsümdən etibarən hakimlər futbolçulara zərbə vurarkən topa ikiqat toxunma zamanı cərimə zərbəsini təkrar yerinə yetirməyə icazə verəcək. Əvvəllər analoji qayda pozuntusu halında hakimlər qolu saymırdılar.
Bu qaydaya yenidən baxılması ilə bağlı müzakirələr 2025-ci ilin martında, “Atletiko Madrid”in hücumçusu Julian Alvaresin Çempionlar Liqasının 1/4 finalında “Real Madrid”ə qarşı oynamaq hüququ üçün 11 metrlik zərbələr seriyasında oxşar pozuntuya yol verdiyi zaman başlayıb. Hakim argentinalının qoluna icazə verməyib. Çünki o, zərbədən əvvəl topu dayaq ayağı ilə qarmaqlayıb və bu səbəbdən də “matrasçılar” seriyanı itirərək, turnirdən kənarlaşdırılıblar.