AVRO-2020-nin final matçının əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları bu gün keçiriləcək İtaliya – İngiltərə oyununun favoritini müəyyənləşdirib.
İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda təşkil olunacaq görüşdə futbolun yaradıcıları daha şanslıdır. Qaret Sautqeytin yetirmələrinin qələbəsi 2,77, Roberto Mançininin başçılıq etdiyi “Skuadra adzurra”nın qalib gəlməsi 3,06 əmsaldır. Matçda heç-heçəyə də eyni - 3,06 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.