“Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı
19 aprel 2024 03:46 (UTC +04:00)

“Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, bu gün baş tutacaq 4 görüşün ardından yarımfinalçılar müəyyənləşib.

Türkiyə təmsilçisi "Fənərbaxça" evdə "Olimpiakos"u qəbul edib. İlk oyunda 3:2 hesabı ilə məğlub olan "sarı-lacivərdlilər" evdə 1:0 hesablı qələbə qazanaraq görüşü penaltilər seriyasına aparıb. 11 metrlik zərbələrdən sonra 1:3 məğlub olan İstanbul təmsilçisi mübarizəni dayandırıb. 

“Lill” - “Aston Villa” matçının da qalibi lotereyada bəlli olub. İngiltərə təmsilçisi daha dəqiq olaraq, yarımfinala yüksəlib. “Brügge” PAOK-u, “Fiorentina” isə “Viktoriya”nı iki oyunun nəticəsinə görə məğlub edib.

Qeyd edək ki, Konfrans Liqasının yarımfinalında "Fiorentina" - "Brügge" və "Aston Villa" - "Olimpiakos" matçları keçiriləcək. Mərhələnin oyunları mayın 2-də və 9-da baş tuatacaq.

UEFA Konfrans Liqası
1/4 final, cavab oyunları
18 aprel

20:45. “Lill” – “Aston Villa” - 2:1, pen. 3:4
İlk oyun – 1:2

20:45. “Fiorentina” – “Viktoriya” - 0:0, ə.v. 2:0
İlk oyun – 0:0

23:00. “Fənərbaxça” – “Olimpiakos” - 1:0, pen. 2:3

Qol: Irfan Can Kahveci, 11
İlk oyun – 2:3

23:00. PAOK – “Brügge” - 0:2
İlk oyun – 0:1

# 1941
avatar

Oxşar yazılar