Əliyar Ağayev  "Mançester Siti"nin oyununa təyinat aldı
11 dekabr 2023 11:11 (UTC +04:00)

Əliyar Ağayev "Mançester Siti"nin oyununa təyinat aldı

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Lent.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində dekabrın 13-də keçiriləcək “Srvena Svezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) oyununun baş hakimi olacaq. 


Ona FİFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.

# 3915
avatar

Oxşar yazılar