Dünya çempionu Messini  HƏDƏLƏDİ
28 noyabr 2022 15:35 (UTC +04:00)

Dünya çempionu Messini HƏDƏLƏDİ

Boks üzrə mütləq dünya çempionu Saul Alvares “Twitter” səhifəsində Argentina millisinin futbolçusu Lionel Messini Meksikanı təhqir etdiyinə görə döyməklə hədələyib.

“Messinin Meksika forması ilə döşəmə sildiyini gördünüzmü? Qoy Messi Allaha dua etsin ki, onunla hardasa rastlaşmayım”, - Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, idmançı bildirib. O, Meksikaya hörmət istədiyini, lakin Messinin bunu göstərmədiyini vurğulayıb.

Noyabrın 26-da Argentina millisinin müdafiəçisi Nikolas Otamendi Qətərdə keçirilən dünya çempionatı oyununda Meksika üzərində qələbəni qeyd edərkən komandanın soyunub-geyinmə otağından video yayımlayıb. Videoda Messi oturaraq ayağını yerə atılan meksikalının köynəyinin üzərinə qoyub.

Argentina millisi DÇ-2022-nin ikinci turunda Meksikanı 2:0 hesabı ilə məğlub edib. Komandanın ilk qolunu Messi vurub. Daha sonra yarımmüdafiəçi Enzo Fernandes fərqlənib.

İki oyundan sonra Argentina üç xalla C qrupunda ikinci yerdədir. Komanda son turda dörd xalı olan Polşa ilə qarşılaşacaq.

# 2865
avatar

Oxşar yazılar