“Beşiktaş”ın prezidenti klubla vidalaşdı
02 dekabr 2023 18:25 (UTC +04:00)

“Beşiktaş”ın prezidenti klubla vidalaşdı

“Beşiktaş”ın prezidenti klubla vidalaşıb.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, sabah keçiriləcək fövqəladə ümumi qurultayda prezident postunu tərk edəcək Ahmet Nur Çebi “ağ-qara”larla vidalaşıb.

Çebi, “Cümhuriyyətin 100, Beşiktaşın 120 illiyi mübarək. Bu müddət ərzində prezident vəzifəsini yerinə yetirməkdən qürur duyuram. Hamınızdan halallıq istəyirəm. Mən də Beşiktaş və Beşiktaş azarkeşlərinə halallıq verirəm”, deyib.

Qeyd edək ki, Ahmet Nur Çebi 2019-cu ildən kluba rəhbərlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4209
avatar

Oxşar yazılar