Azərbaycanın iki güləşçisi Macarıstanda gümüş medal qazandı
17 iyul 2025 22:32 (UTC +04:00)

Azərbaycanın iki güləşçisi Macarıstanda gümüş medal qazandı

Azərbaycanın iki güləşçisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan reytinq turnirinin ilk günündə gümüş medal qazanıb.

Lent.az xəbər verir ki, yarışın ilk günündə sərbəst güləş üzrə millinin üç üzvü xalçaya çıxıb.

Onlardan ikisi - İslam Bazarqanov (57 kq) və Əli Rəhimzadə (65 kq) gümüş medal qazanıb. Kənan Heybətov (70 kq) isə ilk mərhələdə məğlub olub.

Qeyd edək ki, olimpiya mükafatçısı və Avropa çempionu Giorgi Meşvildişvili (125 kq) zədələndiyi üçün yarışda iştirak etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328

Oxşar yazılar