“Arsenal”dan isveçli hücumçuya 5 illik müqavilə  TƏKLİFİ
27 may 2025 09:37 (UTC +04:00)

“Arsenal”dan isveçli hücumçuya 5 illik müqavilə TƏKLİFİ

Londonun “Arsenal” klubu gözlərini Lissabonun “Sportinq” klubunun hücumçusu Viktor Dekereşə dikib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, iddialara görə, ingilis nəhəngi isveçliyə 5 illik müqavilə təklif edib.

"Aslanlar" yayda hücumçunu itirməsi ilə barışıb. Dekereşin sərbəst qalma məbləği 100 milyon avro ola bilər. Bununla belə, “Sportinq”in qiyməti 65 milyon funt-sterlinqə endirməyə razı olduğu bildirilir.

Bu mövsüm Dekereş bütün turnirlərdə 52 oyun keçirib və 54 qol vurub. O, "Sportinq"in çempionluq dubluna töhfə verib. “Aslanlar”la müqavilə 2028-ci ilin yayına kimi qüvvədədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634

Oxşar yazılar