Londonun "Arsenal" klubu yay transfer pəncərəsi ilə bağlı planlarını açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “topçular” iki mövqeni gücləndirmək niyyətindədir. Meydançanın mərkəzində və hücumun mərkəzində “yeni qan” gözlənilir.
Hər mövqe üçün bir transferin olub-olmayacağı, yaxud onlardan hər hansı birinə birdən çox yeni oyunçunun alınacağı məlum deyil.