“Arsenal” tarixinin  ən çox maaş alan   oyunçularından biri olacaq
28 mart 2023 17:23 (UTC +04:00)

“Arsenal” tarixinin ən çox maaş alan oyunçularından biri olacaq

"Arsenal" İngiltərə millisinin yarımmüdafiəçisi Bukayo Sakanı saxlamaq üçün çox çalışır.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, klub gənc yarımmüdafiəçini komandanın ən çox maaş alan oyunçusuna çevirməyə hazırdır: yeni müqaviləyə əsasən, o, hər mövsüm üçün 15 milyon avro alacaq.

Qeyd olunur ki, razılıq əldə olunacağı təqdirdə Saka həm də "topçular"ın tarixinin ən yüksək maaş alan futbolçularından birinə çevriləcək.

Yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 28 oyuna çıxıb, 12 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatır.


 

# 1392
avatar

Oxşar yazılar