Argentina yarımfinalda
10 dekabr 2022 02:02 (UTC +04:00)

Argentina yarımfinalda

DÇ-2022-nin 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, ikinci yarımfinalçı Niderland – Argentina cütündə bəlli olub.

Dünya çempionu adına əsas namizədlərdən olan cənubi amerikalılar Lionel Messinin son mundialında finala doğru daha bir addım atıb. Startdakı məğlubiyyətdən sonra 3 qələbə qazanan argentinalılar bu dəfə Qətərdəki çempionatda məğlub olmayan avropalılara qarşı çətinlik çəkib. 2 qol ilə hesabda öndə olsalar da, niderlandlılar Luvi van Xaalın əvəzetmələri sayəsində hesabı bərabərləşdirib. 2014-cü il mundialının yarımfinalında olduğu kimi, Argentina penaltilər seriyasında üstün olub və yarımfinala vəsiqə qazanan ikinci komanda olub.

Qeyd edək ki, 1/4 final mərhələsinə sabah keçiriləcək 2 matçla yekun vurulacaq.

DÇ-2022
1/4 final
9 dekabr
23:00. Niderland – Argentina - 2:2 (penaltilər – 3:4)
Qol: 
Vaut Vexorst, 83, 90+11 – Nauel Molina, 35. Lionel Messi, 73 (penalti)
 

# 1812
avatar

Oxşar yazılar