Təklif 90 milyon avroya yaxın olarsa, “Real Madrid” yarmmüdafiəçi Rodriqo Qoesi satmağa hazırdır. Klub bu vəsaiti baş məşqçi Xabi Alonsonun istəyi ilə yarımmüdafiəçini almaq üçün istifadə etməyi planlaşdırır.
Lent.az xəbər verir ki, Londonun "Arsenal"ı Rodriqo ilə maraqlanır, lakin braziliyalının özü başqa variantları araşdırmaq niyyətindədir. Məlum olub ki, "Mançester Siti" 24 yaşlı cinah yarımmüdafiəçisini diqqətlə izləyir.
Ötən mövsüm Rodriqo bütün turnirlərdə 51 oyun keçirib, 14 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.