21-ci əsrin  ən yaxşı   futbolçusudur: Ronaldo ikincidir
28 noyabr 2023 15:11 (UTC +04:00)

21-ci əsrin ən yaxşı futbolçusudur: Ronaldo ikincidir

“İnter Mayami”nin hücumçusu Lionel Messi “FourFourTwo” portalının versiyasına görə 21-ci əsrin ən yaxşı futbolçusu seçilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, reytinqdə ikinci yeri “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo, üçüncü yeri isə “Emireytts”in yarımmüdafiəçisi Andres İnyesta tutub.

İlk 10-luğa həmçinin “Barselona”nın keçmiş yarımmüdafiəçisi Xavi, onun keçmiş komanda yoldaşı Ronaldinyo, “Real”ın keçmiş yarımmüdafiəçisi Zinəddin Zidan, “Arsenal”ın keçmiş hücumçusu Tyerri Anri, “Bavariya”nın qapıçısı Manuel Noyer, “Milan”ın keçmiş yarımmüdafiəçisi Kaka və “Qremio”nun hücumçusu Luis Suares daxildir.

Ümumilikdə reytinqə 100 futbolçu daxil edilib. Bütün siyahı portalın saytında təqdim olunur.

“FourFourTwo”ya görə 21-ci əsrin ən yaxşı 20 futbolçusunun reytinqi:

1. Lionel Messi (Argentina)

2. Kriştiano Ronaldo (Portuqaliya)

3. Andres İnyesta (İspaniya)

4. Xavi (İspaniya)

5. Ronaldinyo (Braziliya)

6. Zinəddin Zidan (Fransa)

7. Terri Anri (Fransa)

8. Manuel Noyer (Almaniya)

9. Kaka (Braziliya)

10. Luis Suares (Uruqvay)

11. Kərim Benzema (Fransa)

12. Dani Alveş (Braziliya)

13. Zlatan İbrahimoviç (İsveç)

14. Luka Modriç (Xorvatiya)

15. Samuel Eto'O (Kamerun)

16. Ueyn Runi (İngiltərə)

17. Ronaldo (Braziliya)

18. Filip Lam (Almaniya)

19. Serxio Ramos (İspaniya)

20. Tomas Müller (Almaniya)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3216
avatar

Oxşar yazılar