2 yaşlı uşaqdan üzgüçülükdə rekord
19 sentyabr 2024 17:23 (UTC +04:00)

2 yaşlı uşaqdan üzgüçülükdə rekord

Odessa sakini, 2 yaşlı Anna Yakimçuk üzgüçülük üzrə ölkə rekordu qırıb.

Lent.az xarici mətbuata istinadən verir ki, o, 50 metr məsafəni sərbəst üsulla 3 dəqiqə 6 saniyəyə qət edib. 

Ukrayna Milli Reyestrinin rəhbəri Lana Vetrova bildirib ki, iki yaşlı Anya Yakimchuk hovuza elə bir qışqırıqla tullandı ki, onu xilas etməyi düşünürdük.

Anya Yakimçuk "50 metr məsafəni qət edən ən kiçik uşaq" adını alıb.

Qızın məşqçisi İqor Konstantinovdur. Deyilənə görə, Yakimçuk onun Ukraynada rekordçu olan ikinci kiçik şagirdidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1761
avatar

Arzu Qurbanlı

Oxşar yazılar