“İnter” Birlik Kubokunun finalında!
Bakının “İnter” klubu Rusiyanın Sank-Peterburq şəhərində keçirilən futbol üzrə “Birlik Kuboku”nun finalına yüksəlib. Lent.az-ın məlumatına görə, ikiqat Azərbaycan çempionu yarımfinalda yarışa əvəzedici heyətlə qatılan Rusiyanın “Zenit” komandasını darmadağın edib – 5:0.
Oyuna fəal başlayan “İnter” ilk 15 dəqiqə ərzində 3 qol vurub. Hesabı 2-ci dəqiqədə Girts Karlson açıb. 7-ci dəqiqədə Petar Zlatinov fərqi artırıb. 15-ci dəqiqədə isə Karlson özünün 2-ci, komandasının 3-cü qolunu vurub.
Fasilədən sonra da təşəbbüsü əldən verməyən “İnter” daha bir qol vurub. Latviyalı hücumçu 54-cü dəqiqədə “het-trik” edib. 68-ci dəqiqədə isə Rövşən Əmiraslanov fərqlənib.
“İnter”in yanvarın 23-də keçiriləcək final görüşündə rəqibi saat 21:00-da başlanacaq “Skonto” (Latviya) – “Şaxtyor” (Belarus) matçının qalibi olacaq.

Oxşar yazılar

Cənubi afrikalı atletdən yeni rekord - Useyn Boltu geridə qoydu
19 aprel 2025 , 05:12
"Mançester Yunayted"in keçmiş futbolçusu 36 yaşında vəfat etdi
18 aprel 2025 , 19:20
Luis Enrike “İnter”də oynaya bilər
18 aprel 2025 , 18:10
FHN-in qurumları arasında çoxnövçülük üzrə çempionat keçirilib
18 aprel 2025 , 18:05
Messi Qvardiolanın futbola təsirini qiymətləndirdi: “O, xüsusidir”
18 aprel 2025 , 16:18
Çempionlar Liqası: Yarımfinal oyunlarının təqvimi AÇIQLANDI
18 aprel 2025 , 15:11
"Real" bu futbolçularla vidalaşa bilər
18 aprel 2025 , 14:40