Argentina çempionatında bütün oyunlar təxirə salındı
28 oktyabr 2010 13:36 (UTC +04:00)

Argentina çempionatında bütün oyunlar təxirə salındı

Lent.az-ın məlumatına görə, bu haqda Argentina Futbol Assosiasiyası (AFA) qərar qəbul edib.

Səbəb kimi ölkənin sabiq prezidenti Nestor Kirşnerin oktyabrın 27-də 60 yaşında dünyasını dəyişməsi göstərilib. Təxirəsalma çempionatın bütün divizionlarında, o cümlədən yüksək liqanın 10 qarşılaşmasına şamil edilib. Oyunların yeni tarixi hələ müəyyənləşdirilməyib.

Qeyd edək ki, Argentinanın hazırkı prezidenti Kristina Kirşnerin əri olan Nestor Kirşner 2011-ci ildə keçiriləcək növbəti seçkidə bu posta əsas namizəd sayılırdı. O, 2003 - 2007-ci illərdə də ölkə rəhbəri olub.
# 524

Oxşar yazılar