Arda Turanı ağlatdılar... – FOTO
14 oktyabr 2010 12:37 (UTC +04:00)

Arda Turanı ağlatdılar... – FOTO

Lent.az-ın məlumatına görə, 23 yaşlı hücumameylli yarımmüdafiəçi “NTV Spor”a açıqlamasında Toroğlunu şərəfsiz adlandırıb.

“Qalatasaray”ın kapitanı danışarkən əsəbindən göz yaşlarına hakim ola bilməyib: “238 matça çıxan Ardaya hörmət qoyulmur. Mənim ailəm yoxdur, onun ailəsi yoxdur. Bunu edənlərin ailəsi yoxdur. Şərəfsizlik baş alıb gedir. Artıq bəzi şeylərə nifrət edirəm. Həddən artıq irəli gedirlər. Çox əsəbiləşirəm. Bunlara meydançada cavab vermək lazımdır, amma şərəfsizliyə, əxlaqsızlığa veriləcək bir cavab yoxdur”.

Klubunun icazə olmadan açıqlama verdiyini deyən Arda buna görə cəzalanacağını istisna etməyib. Lakin o, bəzi məsələlərin ona çox pis təsir etdiyi üçün danışmağa məcbur olduğunu vurğulayıb.

İstedadlı oyunçu Türkiyə millisinin 2012-ci il Avropa çempionatının seçmə qrup matçlarında Almaniyaya 0:3, Azərbaycana isə 0:1 hesablı məğlubiyyətlərinə də toxunub. Arda bildirib ki, həmin görüşlərdə oynasaydı belə, bir şey dəyişməyəcəkdi. Çünki hazırda komanda sıxıntılı dövr keçirir: “İndi qrup ikincisi Avstriya ilə aramızda cəmi 1 xal fərq var. Bu komanda ilə hələ 2 oyun keçirəcəyik. Doğrudur, problemlər var, amma bu futbolçular, məşqçilər çıxış yolu tapa biləcək gücdədirlər. Buna inamımız sonsuzdur. Komanda yoldaşlarımla birgə əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, Arda Turan Türkiyə millisinin məşqində qasıq nahiyəsindən zədələnərək, əməliyyat olunub. Onun yaşıl meydanlara dönüşünə 4 ayadək vaxt lazım gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 849

Oxşar yazılar