İlham Əliyev MOK-un yubileyinə gələn qonaqları qəbul edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 7-də Milli Olimpiya Komitəsinin 20 illik yubileyində iştirak etmək üçün ölkəmizə gəlmiş xarici dövlətlərin nümayəndələrini qəbul edib.
Görüş zamanı prezident İlham Əliyev Azərbaycanın Olimpiya ailəsinin üzvü olandan bəri beynəlxalq əlaqələrinin sürətlə inkişaf etdiyini vurğulayıb. Prezidentin sözlərinə görə, Azərbaycanda bir çox mühüm beynəlxalq idman tədbirləri keçirilir. “Biz Azərbaycanda daha çox və böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək əzmindəyik”, deyə prezident Əliyev bəyan edib.
Daha sonra Polşa Olimpiya Komitəsinin prezidenti Andrzej Krasnicki, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Gazdar Mohammad Saleh, Sloveniya Olimpiya Komitəsinin rəhbəri Janez Koçijançiç çıxış edərək Azərbaycanın Olimpiya Oyunlarındakı nailiyyətlərinin bütövlükdə idmanın inkişafına bir töhfə olduğunu vurğulayıblar.

Oxşar yazılar

“Sabah” Avropa Liqasında mübarizəni dayandırdı
18 iyul 2025 , 00:39
Azərbaycanın iki güləşçisi Macarıstanda gümüş medal qazandı
17 iyul 2025 , 22:32
Ronaldo “Qızıl top”unun birini satdı – SƏBƏB
17 iyul 2025 , 19:20
Elnenini xatırlayırsınız? Ərəb klubuna keçəndən sonra arvadını aldadıb - yeni sevgilisi hamilədir
17 iyul 2025 , 14:55
"Mançester Yunayted" heç bir oyunçu satmadan 24 milyon avro qazandı
17 iyul 2025 , 12:39
“Real”ın yeni futbolçusu klubun lənətlənmiş nömrəsini götürdü - Uğur qazanacaqmı?
17 iyul 2025 , 09:39
Çempionlar Liqası: “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi kim olacaq?
17 iyul 2025 , 02:35