Topaz Premyer Liqası: “Neftçi” yenə səfərdə uduzdu
03 noyabr 2012 18:12 (UTC +04:00)

Topaz Premyer Liqası: “Neftçi” yenə səfərdə uduzdu

Lent.az-ın məlumatına görə, son iki mövsümün çempionu “Neftçi” növbəti səfər matçında da məğlubiyyətə düçar olub.

Flaqman bu dəfə “Qəbələ”yə yenilib. Flaqmanın hücumçusu Nikolas Kanales növbəti dəfə fərqlənsə də, meydan sahibləri ardıcıl ikinci oyunu qələbə ilə başa vurublar. Üstəlik, Bruno da Silva penaltini yerinə yetirə bilməyib. Bu, “Neftçi”nin çempionatda 4-cü məğlubiyyəti olub. Baş məşqçi Böyükağa Hacıyevin komandası daha öncə səfərdə “Qarabağ”a 0:1, “Sumqayıt”a 2:3, “Rəvan”a 0:2 hesabı ilə uduzub.

Autsayderlər “Kəpəz” və “Bakı” arasında baş tutmuş günün digər qarşılaşmasında isə hesab açılmayıb. Bu nəticələrdən sonra “Qəbələ” 16 xalla 4-cü pilləyə yüksəlib, “Neftçi” isə 15 xalla 5-ci pilləyə enib. Amma flaqmanın ehtiyatda 3 oyunu var. “Bakı” 10 oyundan 10 xalla 11-ci, “Kəpəz” 12 oyundan 9 xalla 12-ci pillədə qalıb.

3 noyabr (şənbə)

“Kəpəz” (Gəncə) – “Bakı” – 0:0

“Qəbələ” – “Neftçi”– 2:1
Qollar: Lurival Rodriges Assis, 31. Dodo, 89 – Nikolas Kanales, 32
Yerinə yetirilməyən penalti: Bruno Da Silva, 90+1 (“Qəbələ”)

4 noyabr (bazar)

14:00. “Sumqayıt” – “İnter” (Bakı)
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, İsgəndər Əliyev, Orxan Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

14:00. “Turan” (Tovuz) – “Simurq” (Zaqatala)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Fərid Məmmədov
Tovuz şəhər stadionu

15:00. “Qarabağ” (Ağdam) – AZAL (Bakı)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Rza Məmmədov, Elvin Əsgərov
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

16:00. “Xəzər Lənkəran” – “Rəvan” (Bakı)
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Feyzulla Feyzullayev
Lənkəran şəhər mərkəzi stadionu.
# 1767

Oxşar yazılar