“Neftçi”yə məğlubiyyətdən sonra 6 min manat cərimə
02 noyabr 2012 17:31 (UTC +04:00)

“Neftçi”yə məğlubiyyətdən sonra 6 min manat cərimə

Lent.az-ın məlumatına görə, belə ağır cəza Topaz Premyer Liqasının XI turunda “Neftçi”yə qarşı oyunda baş verənlərlə bağlı olub. Matç ərzində “Simurq”un 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən, klub min manat ziyana düşüb. 1:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra isə Zaqatala təmsilçisinin meneceri Zöhrab Əliyev hakimlərə qarşı təhqiredici hərəkətə yol verib. Ona 5 oyunluq cəza, klubuna 5 min manat cərimə kəsilib.

“Bakı” və “Rəvan” da min manat cərimələnib. Buna hər iki komandanın 4 futbolçusunun müvafiq olaraq, AZAL və “Turan”la görüşlərdə sarı vərəqə almaları səbəb olub.
# 848

Oxşar yazılar