“Buta”da təntənəli yubiley
01 noyabr 2012 17:51 (UTC +04:00)

“Buta”da təntənəli yubiley

Bu haqda Lent.az-a MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

Onun sözlərinə görə, tədbir noyabrın 7-də “Buta Palace”də təşkil ediləcək. Mərasimə Azərbaycanın idman ictimaiyyətinin nümayəndələrindən əlavə, beynəlxalq idman qurumlarının, 30-dək ölkənin milli olimpiya komitələrinin rəsmiləri qatılacaqlar.

Qeyd edək ki, 1992-ci ildən fəaliyyətə başlayan MOK-un ilk prezidenti Məhyəddin Allahverdiyev olub. Quruma 1997-ci il iyulun 31-dən Azərbaycanın hazırkı prezidenti İlham Əliyev rəhbərlik edir.

Elşən MƏMMƏDOV
# 2795

Oxşar yazılar