Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov ilk “10-luq”da
01 noyabr 2012 12:11 (UTC +04:00)

Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov ilk “10-luq”da

Lent.az-ın məlumatına görə, siyahının ilk “10-luğ”una iki azərbaycanlı şahmatçı daxil edilib.

Onlardan Teymur Rəcəbov 2793 xalla 4-cü pillədəki mövqeyini qoruyub. Ötən dövrlə müqayisədə aktivinə 1 xal əlavə edən Rəcəbov norveçli Maqnus Karlsen (2848), ermənistanlı Levon Aronyan (2815) və rusiyalı Vladimir Kramnikdən (2795) geri qalır.

Şəhriyar Məmmədyarov isə 4 pillə irəliləyib. Aktivinə daha 16 xal yazdıran Məmmədyarov hazırda 2764 xalla 10-cu pillədə qərarlaşıb.

Əvəzində Vüqar Həşimov 3 pillə geriləyib. Hazırda 2737 xala malik Həşimov 20-ci pillədədir.

Qeyd edək ki, FİDE reytinqində ilk “100-lük”də Azərbaycanın başqa şahmatçısı yoxdur.
# 1279

Oxşar yazılar