Topaz Premyer Liqası: İkinci dövrə autsayderlərin görüşü ilə start götürür
31 oktyabr 2012 18:50 (UTC +04:00)

Topaz Premyer Liqası: İkinci dövrə autsayderlərin görüşü ilə start götürür

Futbol üzrə Topaz Premyer Liqasında XII turun oyun cədvəli açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, ikinci dövrənin ilk turuna noyabrın 3-də Gəncədə start veriləcək.

Saat 14:00-da başlanacaq qarşılaşmada autsayderlərdən “Kəpəz” “Bakı”nı sınağa çəkəcək. Bundan 1 saat sonra “Neftçi” “Qəbələ”nin qonağı olacaq. Qalan oyunlar ertəsi gün baş tutacaq.

3 noyabr (şənbə)

14:00. “Kəpəz” (Gəncə) – “Bakı”

Gəncə şəhər stadionu

15:00. “Qəbələ” – “Neftçi” (Bakı)
Qəbələ şəhər stadionu

4 noyabr (bazar)

14:00. “Sumqayıt” – “İnter” (Bakı)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

14:00. “Turan” (Tovuz) – “Simurq” (Zaqatala)
Tovuz şəhər stadionu

15:00. “Qarabağ” (Ağdam) – AZAL (Bakı)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

16:00. “Xəzər Lənkəran” – “Rəvan” (Bakı)
Lənkəran şəhər mərkəzi stadionu.
# 672

Oxşar yazılar