Böyükağa Hacıyev: “Digər klublardan təkliflər aldığımı gizlətmirəm”
31 oktyabr 2012 18:23 (UTC +04:00)

Böyükağa Hacıyev: “Digər klublardan təkliflər aldığımı gizlətmirəm”

Lent.az-ın məlumatına görə, bu barədə 54 yaşlı mütəxəssis Topaz Premyer Liqasının XI turunda “Simurq” üzərində 2:1 hesablı qələbə qazandıqları görüşdən sonra açıqlama verib.

O bildirib ki, heç bir qəzetə və ya sayta istefa barədə danışmayıb. “Nə vaxt getməyimi istəsələr, gedəcəyəm” deyən Hacıyev digər klublardan təkliflər aldığını gizlətməyib.

Baş məşqçi, həmçinin komandada yorğunluq hiss olunduğunu diqqətə çatdırıb: “Oyun qrafikimiz sıx olsa da, əlimizdə kifayət qədər futbolçu yoxdur. Bu gün qalib gəlib 3 xalı aktivimizə yazdıq. Heyətimizdə daha üç futbolçu olsaydı Avroliqanın qrup mərhələsində problem yaşamazdıq. “Rubin”lə oyun tamam başqa səhifədir. Dincəlməyə dörd gün vaxtımız olacaq, cavab oyununu daha yaxşı oynayacağıq”.

Qeyd edək ki, oktyabrın 28-də Böyükağa Hacıyev və “Neftçi” klubu rəsmilərinin Premyer Liqanın X turunda “Rəvan”a 0:2 hesablı məğlubiyyətdən istefa verdiyinə dair xəbərlər yayılıb.
# 1653

Oxşar yazılar