Şimali İrlandiya – Azərbaycan matçının hakimləri açıqlandı
31 oktyabr 2012 16:06 (UTC +04:00)

Şimali İrlandiya – Azərbaycan matçının hakimləri açıqlandı

Şimali İrlandiya və Azərbaycan milli komandaları arasında keçiriləcək futbol üzrə 2014-cü il dünya çempionatının seçmə qrup matçının hakimləri açıqlanıb. Lent.az-ın məlumatına görə, noyabrın 14-də baş tutacaq qarşılaşmanı ukraynalı referi Viktor Şvetsov idarə edəcək. Ona Mikola Levko və Oleq Plujnik yan xətt hakimləri, Anatoli Abdula isə dördüncü hakim qismində yardımçı olacaqlar. Oyuna Günter Benkö (Avstriya) hakim-inspektor, Tomas Grimm (İsveçrə) isə komissar göndəriləcək.

Qeyd edək ki, noyabrın 14-də Belfast şəhərindəki “Windsor Park”da keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
# 821

Oxşar yazılar