UEFA-dan “Neftçi”yə çağırış
22 oktyabr 2012 18:45 (UTC +04:00)

UEFA-dan “Neftçi”yə çağırış

Rusiyanın “Rubin” və Azərbaycanın “Neftçi” komandalarının kapitanları futbol üzrə Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 25-də keçiriləcək III tur matçına xüsusi sarğılarla çıxacaqlar. Lent.az-ın məlumatına görə, bu barədə komandalardan UEFA və Futbolda Rasizmlə Mübarizə üzrə Avropa Təşkilatı (FARE) xahiş edib.

Bu təşəbbüs FARE-nin Avropada 40-dan çox ölkəni əhatə edən təcridolunmanın müxtəlif növləri ilə mübarizə üzrə nəhəng “Action Weeks” kampaniyasının bir hissəsidir. Stadionlarda 30 saniyəli çarx göstəriləcək, rasizmə qarşı mübarizəni sürətləndirməyə çağırış məqsədilə azarkeşlərə müraciət səslənəcək. Hər bir komandanı meydana çıxarkən uşaqlar və “Rasizmə qarşı birləşək” yazılmış geyimdə uşaqlar müşayiət edəcəklər.

Qeyd edək ki, təşəbbüs Avropa Liqasının bu həftə keçiriləcək digər oyunlarına, eləcə də Çempionlar Liqası matçlarına da şamil olunub. Hazırda “Neftçi”nin kapitanı Rəşad Sadiqovdur.
# 2248

Oxşar yazılar