Millimiz 10 gün Şimali İrlandiya ilə oyuna hazırlaşacaq
19 oktyabr 2012 16:16 (UTC +04:00)

Millimiz 10 gün Şimali İrlandiya ilə oyuna hazırlaşacaq

Futbol üzrə Azərbaycan milli komandası Şimali İrlandiya ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçı öncəsi təlim-məşq toplantısı keçirəcək. Lent.az-ın məlumatına görə, noyabrın 14-də oynanılacaq qarşılaşmaya hazırlıq prosesi 10 gün davam edəcək.

Toplanış noyabrın 6-da Bakıda başlanacaq. Noyabrın 10-da yığmamız Şimali İrlandiyanın paytaxtı Belfasta yollanacaq. Belfastdakı “WindsorPark” stadionunda keçiriləcək matçın ertəsi günü komandamız ölkəmizə qayıdacaq.

Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
# 1269

Oxşar yazılar