Maşın eşşəyi vurdu, milli komandanın məşqçisi öldü
19 oktyabr 2012 13:54 (UTC +04:00)

Maşın eşşəyi vurdu, milli komandanın məşqçisi öldü

Cənubi Afrika Respublikasının (CAR) futbol üzrə milli komandasının baş məşqçisi Tomas Madiqage avtomobil qəzasında dünyasını dəyişib. Lent.az-ın “MTNfootball”a istinadən verdiyi məlumata görə, məşqçinin idarə etdiyi avtomobil yolu qaça-qaça keçən eşşəklə toqquşub.

Nəticədə maşın çevrilib. Bu zaman Madiqage avtomobildə tək imiş. Ağır xəsarətlər alan 41 yaşlı mütəxəssisin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Tomas Madiqage CAR yığmasında iyuldan köməkçi-məşqçi vəzifəsində çalışırdı.
# 3121

Oxşar yazılar