Devid Hey yenidən Kliçko ilə döyüşəcək
18 oktyabr 2012 19:52 (UTC +04:00)

Devid Hey yenidən Kliçko ilə döyüşəcək

Böyük britaniyalı ağır çəkili boksçu Devid Hey Kliçko qardaşlarından biri ilə döyüş keçirmək üçün müqavilə bağlayıb. Lent.az-ın məlumatına görə, bu barədə Heyin özü “Boxingscene” nəşrinə açıqlama verib.

Boksçu bildirib ki, tərəflər bütün maliyyə məsələlərini yoluna qoyublar və yeni müqavilə onlara lazım deyil. O, 2013-cü ildə Vladimir Kliçko ilə görüş keçirməsinin mümkünlüyünü söyləyib. Heyin sözlərinə görə, WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə dünya çempionu tituluna malik Kliçkoya böyük döyüş lazımdır: “Belə bir döyüşü isə mən 2003-cü ildə Lennoks Lüislə görüşdən sonra keçirməmişəm. Əslində müqaviləmdə yazılıb ki, əvvəlcə qardaşlardan biri, sonra isə digəri ilə qarşılaşmalıyam”.

Qeyd edək ki, Devid Hey WBA (Ümumdünya Boks Assosiasiyası) versiyası üzrə dünya çempionu olub. O, 2011-ci ildə Vladimir Kliçkoya xal hesabı ilə uduzaraq, çempion titulunu əldən verib.
# 1257

Oxşar yazılar