Heydər Babayev postunda qalacaq
18 oktyabr 2012 18:13 (UTC +04:00)

Heydər Babayev postunda qalacaq

“Planımızda Azərbaycan Həndbol Federasiyasında prezident seçkisinin keçirilməsi yoxdur”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, həndbol növündə müəyyən problemlər olsa da, işlər gedir: “İnanırıq ki, vaxt gələcək, bütün problemlər həllini tapacaq. Biz də bu məsələ ilə bağlı görüşürük, danışırıq. Hazırda kütləvilik artıb, bütün regionlarda olimpiya kompleksləri nəzdində seksiyalar açılır. Həmin bölmələr üçün ucaboy uşaqlar tapmaq, onlarla məşğul olmaq lazımdır. İnanırıq ki, ölkə rəhbərliyi səviyyəsində diqqət göstərilən idmanın hər sahəsində irəliləyişə nail olacağıq”.

Qeyd edək ki, Azərbaycan Həndbol Federasiyasının prezidenti keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevdir.

Elşən MƏMMƏDOV
# 2355

Oxşar yazılar